...

Bakıda kompüter oyunları salonundan oğurluq edən qrupun bir üzvü saxlanılıb

Hadisə Materials 25 Mart 2019 14:34 (UTC +04:00)
Bakıda kompüter oyunları salonundan oğurluq edən qrupun bir üzvü saxlanılıb.
Bakıda kompüter oyunları salonundan oğurluq edən qrupun bir üzvü saxlanılıb

Bakı. Trend:

Paytaxtda kompüter oyunları salonundan oğurluq edən qrupun bir üzvü saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki kompüter oyunları salonlarının birindən 2845 manat dəyərində kompüter və aksesuarlar oğurlamaqda şübhəli bilinən qrupun üzvü Bakı şəhər sakini Ə.Zeynallı saxlanılıb.

O, əvvəllər məhkum həyatı yaşayıb.

Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə Ə.Zeynallının rayon ərazisindəki çay evlərinin birindən 4 ədəd televizor və suvenir oğurlaması da müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti