...

SON DƏQİQƏ! İranda güclü zəlzələ oldu - 5,2 bal

Hadisə Materials 1 Aprel 2019 14:38 (UTC +04:00)
İranın qərbində yerləşən Kirmanşah vilayətində 5,2 bal gücündə zəlzələ baş verib.
SON DƏQİQƏ! İranda güclü zəlzələ oldu - 5,2 bal

Bakı. Elnur Bağışov - Trend:

İranın qərbində yerləşən Kirmanşah vilayətində 5,2 bal gücündə zəlzələ baş verib.

Bu barədə Trend İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzinə istinadən məlumat verir.

Məlumata əsasən, bu gün yerli vaxtla saat 14:37 radələrində İranın Kirmanşah vilayətində 10 km dərinlikdə yeraltı təkanlar qeydə alınıb.

Zəlzələ Kirmanşah vilayəti Sumar rayonunun 22 kilometrliyi və İlam vilayəti Salehabad rayonunun 49 kilometrliyində baş verib.

Zəlzələnin ehtimal olunan tələfatı haqda məlumat verilməyib.

Xatırladaq ki, ötən il noyabrda İranın Kirmanşah vilayətində 6,4 bal gücündə baş verən zəlzələ nəticəsində 646 nəfər yaralanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti