...

Bacısının ərini bıçaqladı, sonra polisə etiraf etdi ki...

Hadisə Materials 3 Aprel 2019 23:00 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Samir Ağakişiyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Bacısının ərini bıçaqladı, sonra polisə etiraf etdi ki...

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Samir Ağakişiyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Trend-in məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin baxış iclası aprelin 10-na təyin edilib.

İttihama görə, ötən il avqustun 20-də axşam saat 22:30 radələrində Bakının Yasamal rayonu, Mehdiyev küçəsindəki 79 nömrəli evin qarşısında 1974-cü il təvəllüdlü Ağakişiyev Samir Bəşir oğlu 1970-ci il təvəllüdlü Mustafazadə Faiq Fərhad oğlunun ürəyinə bıçaq zərbəsi endirərək qətlə yetirib. Qətli törədən şəxs dərhal Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinə gələrək cinayəti etiraf edib.

Xatırladaq ki, S.Ağakişiyev qətlə yetirilən şəxsin həyat yoldaşının qardaşıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti