...

Bakıda qardaşını öldürən şəxsin məhkəməsi başladı

Hadisə Materials 12 Aprel 2019 17:01 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Ağaməli Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bakıda qardaşını öldürən şəxsin məhkəməsi başladı

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Ağaməli Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Trend-in məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin baxış iclası aprelin 17-nə təyin edilib.

İttihama görə, ötən il oktyabrın 5-də Bakı şəhəri, Suraxanı rayonunun Hövsan qəsəbəsində, qəsəbə sakini A.Kərimov evində münaqişə zəminində qardaşı Ədil Kərimovu bıçaqla qətlə yetirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti