...

Avtobus yük maşınına çırpıldı - Sürücü öldü

Hadisə Materials 24 Aprel 2019 13:00 (UTC +04:00)
İranın cənubunda Kirman vilayətində avtobus yük maşını ilə toqquşub.
Avtobus yük maşınına çırpıldı - Sürücü öldü

Bakı. Elnur Bağışov - Trend:

İranın cənubunda Kirman vilayətində avtobus yük maşını ilə toqquşub.

Trend-in məlumatına görə, bunu İranın Kirman vilayəti təcili yardım mərkəzinin rəhbəri Məhəmməd Sabiri deyib.

M.Sabirinin sözlərinə görə, hadisə nəticəsində sürücü həlak olub, 11 nəfər yaralanıb.

Yaralılar arasında 4 Pakistan vətəndaşı olub.

Avtobus İranın Sistan və Bəluçestan vilayətinin Çabəhar şəhərindən Tehran istiqamətində hərəkət edirmiş.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti