...

Balakəndə iki maşın toqquşdu, ölən var

Hadisə Materials 1 İyul 2019 12:58 (UTC +04:00)
Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Balakən rayonunun Qazma kənd sakini Əmanət Hacıyeva yerləşdirildiyi xəstəxanada ölüb
Balakəndə iki maşın toqquşdu, ölən var

Bakı. Samir Əli - Trend:

İyunun 28-də saat 21 radələrində Balakən rayonunun Qazma kəndi ərazisində kənd sakinləri A.Qandayevin idarə etdiyi “VAZ-21015” və Y.Hacıyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən məlumat verilib.

Nəticədə Y.Hacıyevin sərnişini, həmkəndlisi Əmanət Hacıyeva xəstəxanaya yerləşdirilib və orada ölüb.

Balakən RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti