...

Göygöldə 2 tondan artıq çətənə kolları aşkarlanıb

Hadisə Materials 10 İyul 2019 13:17 (UTC +04:00)
Göygöldə 2 tondan artıq çətənə kolları aşkarlanıb
Göygöldə 2 tondan artıq çətənə kolları aşkarlanıb

Bakı. Trend:

Samuxda yabanı halda bitmiş çətənə kolları aşkar edilərək məhv edilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Samux RPŞ-nin əməkdaşları tərəfindən Çobanabdallı kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 315 kiloqram olan 2160 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Göygöl RPŞ-nin əməkdaşları tərəfindən isə Toğanalı kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 2,2 tona yaxın olan 6250 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti