...

Bakı sakini Buzovnada həmyerlisini maşınla vurub öldürdü

Hadisə Materials 6 Avqust 2019 19:39 (UTC +04:00)
Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Bakı sakini Buzovnada həmyerlisini maşınla vurub öldürdü

Bakı. Trend:

Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 5-də saat 7 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Bakı şəhər sakini R.Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Nəriman Binnətovu vurmuşdur. Nəticədə piyada hadisə yerində ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti