...

Almaniyada Milad xərclərinə qənaət olunacaq

Dünya xəbərləri Materials 1 Dekabr 2025 16:28 (UTC +04:00)
Almaniyada Milad xərclərinə qənaət olunacaq
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın bir sıra şəhərlərində büdcə vəsaitlərinə qənaət üçün qarşıdakı Milad və Yeni il bayramları ilə əlaqədar işıqlandırmadan imtina etməyə qərar verilib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Drezden şəhər hakimiyyəti milad işıqlarından imtina edib; Keniqştrasse küçəsi ətrafındakı barokko məhəlləsində bayram işıqlandırılması tamamilə söndürüləcək.

Adətən bu ərazidə 80 ədəd yulğun ağacı LED girlandalarla bəzədilir, lakin bu payız bələdiyyə büdcəsində ağacların budanması üçün vəsait tapılmadığından, onların budaqları həddindən artıq böyüyüb.

Yerli biznesmenlər işləri öz hesablarına görməyi təklif etsələr də, şəhər rəhbərliyi bu təklifi qəbul etməyib.

Stutqartda isə yüksək xərclərə görə işıqlı fiqurlardan imtina olunub, Heidelberqdə isə bayram işıqlandırmasının ənənəvi vaxtdan gec — günortadan deyil, saat 3-dən yandırılmasına və milad yarmarkası bağlandıqdan ən geci bir saat sonra söndürülməsinə qərar verilib. Eyni zamanda Lükkenvalde və Hildeshaym şəhərlərində milad işıqlandırması sakinlərin ianələri hesabına ödənəcək.

Maqdeburqda isə əvvəllər milad işıqlandırması üçün ayrılmış vəsaitlərin köhnəlmiş körpülərin yenilənməsi də daxil olmaqla yenidən büdcəyə qaytarılması qərara alınıb. Düsseldorfun Korolyev bulvarında küçə işıqlandırmasının xərclərini ticarət köşklərinin sahibləri qarşılayacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti