Bakı. Trend:
Avstraliyanın Melburn şəhərində donuz ətinin emalı zavodunda dəm qazı sızması baş verib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
İlkin məlumata görə, dəm qazı sızması ətin konservləşdirilməsi üçün istifadə olunan avadanlıqlardan qaynaqlanıb.
Dəm qazından zəhərlənmə diaqnozu ilə 21 nəfər xəstəxanaya yerləşdirilib.
