Bakı. Trend:
Suriya təhlükəsizlik qüvvələri ölkənin şimal-qərbində yerləşən İdlib əyalətində 2 əməliyyat keçirib. Əməliyyatların gedişində bölgədə gizli fəaliyyət göstərən İŞİD-ə bağlı dəstələr zərərsizləşdirilib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə əyalətin daxili təhlükəsizlik xidməti məlumat yayıb.
Bildirilib ki, əməliyyatların gedişində 2 terrorçu məhv edilib, daha doqquz nəfər saxlanılıb.
Onların üzərində odlu silah və sursatlar, həmçinin kustar üsulla hazırlanmış partlayıcı qurğular aşkarlanıb.
