Bakı. Trend:
"Bavariya"nın müdafiəçisi Rafael Qerreyro ölkəsinə qayıda bilər.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, "Benfika" portuqaliyalı futbolçunu transfer etmək istəyir.
Qerreyronun Almaniya klubu ilə müqaviləsi yayda başa çatır. Bunu nəzərə alan Lissabon nəhəngi 31 yaşlı sol cinah müdafiəçisini yanvar ayında uyğun qiymətə heyətinə qata biləcəyinə ümid edir.
Qeyd edək ki, Rafael Qerreyro 2023-cü ilin yayından "Bavariya"da çıxış edir. Portuqaliya millisinin üzvü bu mövsüm Münhen təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.