Bakı. Trend:
"Real"ın baş məşqçisi Xavi Alonsonun klubdakı gələcəyi şübhə altındadır.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, rəhbərlik komandanın son oyunlarda göstərdiyi nəticələrdən narazıdır.
İspaniyalı mütəxəssis yaxın zamanda istefaya göndərilə bilər. 44 yaşlı çalışdırıcının taleyi La Liqanın 15-ci turunun "Atletik"lə matçından asılıdır. "Kral klubu" iki gün sonra keçiriləcək görüşdə xal itirsə, baş məşqçi ilə yolların ayrılmaq ehtimalı yüksəkdir.
Qeyd edək ki, Xavi Alonso mövsümün əvvəlində "Real"ın baş məşqçisi postuna təyin olunub. Madrid təmsilçisi İspaniya çempionatında keçirdiyi son üç qarşılaşmada heç-heçə edib.