...

Şamaxıda "KamAZ" aşıb: Ölən var

Hadisə Materials 14 Avqust 2019 03:18 (UTC +04:00)
Şamaxı rayonunda yol nəqliyyat hadisəsi baş verib
Şamaxıda "KamAZ" aşıb: Ölən var

Bakı. Trend:

Şamaxı rayonunda yol nəqliyyat hadisəsi baş verib.

FHN-dən Trend-ə verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə, Şamaxı rayonunun Muğanlı kəndində “KamAZ” markalı yük avtomobilinin dərəyə aşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılı vəziyyətdə qalan sərnişin 2002-ci il təvəllüdlü Hüseynov Süleyman Fazil oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti