...

Gürcüstandan gələn avtomobildə 3600 ədəd siqaret aşkarlandı

Hadisə Materials 4 Sentyabr 2019 10:44 (UTC +04:00)
Gürcüstandan "BMW 528" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı "Qırmızı Körpü" gömrük postunda şifahi sorğu-sual olunub.
Gürcüstandan gələn avtomobildə 3600 ədəd siqaret aşkarlandı

Bakı. Trend:

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Gürcüstandan idarə etdiyi "BMW 528" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı "Qırmızı Körpü" gömrük postunda şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, bu zaman vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin "Cek" ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə keçirilən gömrük baxışı zamanı xidməti itin reaksiyası nəticəsində maşının salonunda - arxa oturacağın arxasında gizlədilən "King" markalı 3600 ədəd siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti