Bakı. Trend:
Bakıda evdən 4700 manat oğurlayan keçmiş məhkum saxlanılıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 4700 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Qax rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş H.Qocayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.