...

Ağsuda 33 baş qoyun və 9 baş keçi oğurlayan şəxs tutulub

Hadisə Materials 20 Sentyabr 2019 23:14 (UTC +04:00)

Bakı. Trend:

Ağsuda 33 baş qoyun oğurlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 14-də Ş.İsmayılova məxsus yardımçı təsərrüfatdan 33 baş qoyun və 9 baş keçi oğurlamaqda şübhəli bilinən Ağalarbəyli kənd sakini N.Mehdiyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti