...

Sosial şəbəkədə vasitəsilə şantaj edən şəxs saxlanılıb

Hadisə Materials 27 Sentyabr 2019 12:49 (UTC +04:00)
Xırdalan sakinini sosial şəbəkədə hədələyən şəxs saxlanılıb
Sosial şəbəkədə vasitəsilə şantaj edən şəxs saxlanılıb

Bakı. Samir Əli - Trend:

Sentyabrın 22-də Xırdalan şəhər sakini E.M Abşeron RPİ-yə ərizə ilə müraciət edib sosial şəbəkə vasitəsilə tanıdığı Eltun adlı şəxsin onun şəkillərini sosial şəbəkədə yaymasını və həmin şəkilləri silməsi müqabilində ondan 200 manat pul tələb etməsini bildirib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş E.Qurbanzadə saxlanılıb.

RPİ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti