...

Sumqayıtda piyadanı vurub öldürən sürücünün kimliyi məlum olub

Hadisə Materials 16 Oktyabr 2019 14:08 (UTC +04:00)
Sumqayıtda piyadanı vurub öldürən sürücünün kimliyi məlum olub.
Sumqayıtda piyadanı vurub öldürən sürücünün kimliyi məlum olub

Bakı. Samir Əli - Trend:

Sumqayıtda piyadanı vurub öldürən sürücünün kimliyi məlum olub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 14-də saat 20 radələrində "Stansiya Sumqayıt" qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Ramazan Quliyev vurulub və o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Opel” markalı avtomobilin sürücüsü, Bərdə rayon sakini F.Babayeva saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti