Bakı. Ceyhun Ələkbərov - Trend:
Bakıda minik avtomobili ilə motosiklet toqquşub.
Trend-in məlumatına görə, qəza Xətai rayonu Afiyyəddin Cəlilov küçəsində qeydə alınıb. 10-NP-908 dövlət nişanlı "Mercedes"in motosikletlə toqquşması nəticəsində bir nəfər xəsarət alıb.
Yaralı 1990-cı il təvəllüdlü Feyzullayev Hüseyn Məhərrəm oğlu təcili tibbi yardım ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ona sol dirsəyin və sağ budun yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulub. Xəstə həkimlərin ilkin tibbi yardımından sonra ambulator müalicəyə yola salınıb.