...

Ermənistan parlamentinin binasında yanğın olub

Hadisə Materials 9 Noyabr 2019 19:21 (UTC +04:00)
Ermənistan parlamentinin binalar kompleksinin ərazisində yanğın baş verib
Ermənistan parlamentinin binasında yanğın olub

Bakı. Trend:

Ermənistan parlamentinin binalar kompleksinin ərazisində yanğın baş verib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, yanğın baş verən əraziyə çox sayda yanğınsöndürən briqadası cəlb edilib.

Yerli vaxtla saat 17:18-də başlayan yanğın saat 18:20-də söndürülüb.

Bildirilir ki, hadisə yerinə həmçinin ölkənin fövqəladə hallar naziri Feliks Tsolakyan da gəlib.

Yanğın nəticəsində xəsarət alanlar barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti