...

Xaçmazda 6 otaqlı evdə yanğın olub

Hadisə Materials 13 Dekabr 2019 09:24 (UTC +04:00)
Xaçmaz rayonunun Ləcət kəndində ümumi sahəsi 200 m² olan ikimərtəbəli 6 otaqlı evdə yanğın hadisəsi baş verib.
Xaçmazda 6 otaqlı evdə yanğın olub

Bakı. Trend:

Xaçmaz rayonunun Ləcət kəndində ümumi sahəsi 200 m² olan ikimərtəbəli 6 otaqlı evdə yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın baş vermiş evin 4 otağının yanar konstruksiyaları və dam örtüyü 100 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti