...

Azərbaycanlı gənc ABŞ-da qəza keçirdi - bir ayağı amputasiya olundu (FOTO)

Hadisə Materials 8 Yanvar 2020 11:27 (UTC +04:00)
Azərbaycanlı gənc ABŞ-da yol qəzasına düşüb.
Azərbaycanlı gənc ABŞ-da qəza keçirdi - bir ayağı amputasiya olundu (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

ABŞ-da azərbaycanlı gənc yol qəzasına düşüb.

Trend-in məluamtına görə, Cahid Şahbazov adlı azərbaycanlı Amerikanın Vaşinqton ştatında yol qəzasına düşüb. O, axşam saatlarında öz avtomobilini yol kənarına park edib və yük yerindən şəxsi əşyalarını almaq istəyərkən başqa bir avtomobil ona çırpılıb.

Nəticədə C.Şahbazov ciddi xəsarətlər alıb və təcili xəstəxanaya çatdırılıb. Gəncin sol ayağı amputasiya olunub.

ABŞ-da yaşayan azərbaycanlılar hazırda C.Şahbazovun müalicəsinə yardım üçün kompaniyaya başlayıblar.

Qeyd edək ki, Cahid Şahbazov ailəlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti