...

Qubada körpələr evi yanıb

Hadisə Materials 23 Yanvar 2020 18:11 (UTC +04:00)
Yanğın nəticəsində xəsarət alan olmayıb.
Qubada körpələr evi yanıb

Bakı. Trend:

Quba rayonunun 2-ci Nügədi kəndində ümumi sahəsi 144 kv.m olan 12 saylı körpələr evinin yerləşdiyi birmərtəbəli binanın bacasında alışma baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın nəticəsində xəsarət alan olmayıb.

Yanğın, yanğın bölmələri çatana kimi işçilər tərəfdən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti