...

Qəbələdə 19 yaşlı gəncin səhvi faciə ilə nəticələndi

Hadisə Materials 6 Fevral 2020 10:01 (UTC +04:00)
Qəbələ rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Qəbələdə 19 yaşlı gəncin səhvi faciə ilə nəticələndi

Bakı. Samir Əli - Trend:

Qəbələ rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə Qaraməryəm - İsmayıllı - Şəki avtomobil yolunun Qəbələ rayonunun Bunud kəndindən keçən hissəsində baş verib.

Qəbələ rayon Vəndəm kənd sakini, 2001-ci il təvəllüdlü Lətifov Ramin Asif oğlu idarə etdiyi 36 BF 455 dövlət nömrə nişanlı "Nissan Sunny" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarındakı ağaca çırpılıb.

Nəticədə sürücü hadisə yerində ölüb, avtomobildə olan sərnişinlər: 2001-ci il təvəllüdlü Xəlilov Şəhriyar Mübariz oğlu və 2002-ci il təvəllüdlü Cabayev Murad Sərxan oğlu müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti