...

Qubadakı yanğınla bağlı RƏSMİ məlumat

Hadisə Materials 7 Fevral 2020 13:10 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi (FHN) Qubada baş verən yanğın hadisəsi ilə bağlı məlumat yayıb.
Qubadakı yanğınla bağlı RƏSMİ məlumat

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi (FHN) Qubada baş verən yanğın hadisəsi ilə bağlı məlumat yayıb.

FHN-dən Trend-ə verilən məlumata görə, fevralın 7-də Quba rayonunun Qalxun kəndində, ən yaxın Yanğından Mühafizə Hissəsindən 60 km məsafədə mürəkkəb relyefə malik və çətin keçilən yolları olan ucqar dağlıq ərazidə ot tayası yanır.

Yanğının yaxınlıqda yerləşən yaşayış evlərinə keçməsi ehtimalı olduğundan FHN-in Dövlət Yanğından Mühafizə Xidməti ilə yanaşı Xüsusi Riskli Xilasetmə Xidmətinin, Şimal Regional Mərkəzinin, Mülki müdafiə qoşunlarının müvafiq qüvvələri və nazirliyin Aviasiya dəstəsinin 2 ədəd helikopteri hadisə yerinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti