...

Binəqədidə anbardan 2,5 tona yaxın soya yağı oğurlanıb

Hadisə Materials 8 Fevral 2020 17:48 (UTC +04:00)
Binəqədi rayonu ərazisindəki anbarların birindən 2,5 tona yaxın soya yağını oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.
Binəqədidə anbardan 2,5 tona yaxın soya yağı oğurlanıb

Bakı. Trend:

Binəqədi rayonu ərazisindəki anbarların birindən 2,5 tona yaxın soya yağını oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə fevralın 6-na keçən gecə rayon ərazisindəki anbarların birindən 2,5 tona yaxın soya yağının oğurlanması barədə müraciət daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini N.Atakişiyev, Biləsuvar rayon sakinləri S.Əliyev və E.Əmirbəyli qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti