...

Səbaildə piyada ölümü ilə nəticələnən qəza olub

Hadisə Materials 17 Fevral 2020 12:36 (UTC +04:00)

Bakı. Trend:

Səbail rayonu ərazisində yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 15-də saat 23 radələrində Səbail rayonu ərazisində Bakı şəhər sakini C.Əhmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Kəmalə İbrahimovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Səbail RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti