...

Ölümlə nəticələnən qəza törədən sürücüyə cinayət işi açıldı

Hadisə Materials 20 Fevral 2020 11:29 (UTC +04:00)
Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanıb.
Ölümlə nəticələnən qəza törədən sürücüyə cinayət işi açıldı

Bakı. Samir Əli - Trend:

Fevralın 16-da Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonu ərazisində 1974-cü il təvəllüdlü Elməddin Aslanovun idarə etdiyi “Mercedes-Benz” markalı 57-CH-343 dövlət qeydiyyat nişanlı avtomobilin Şahin Ağalarovun idarə etdiyi eyni markalı 99-XV-880 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində sürücü Elməddin Aslanov və sərnişin Orxan Qarayevin hadisə yerində vəfat etmələri, digər 3 sərnişinin isə xəsarət almaları faktına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə bildirilib ki, cinayət işi üzrə hadisə yerinə baxış keçirilmiş, şahidlər dindirilmiş, zəruri ekspertizalar təyin olunmuş və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Aparılmış istintaqla hadisənin Ş.Ağalarov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozularaq törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, fevralın 18-də şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti