...

Ağsuda 4 otaqlı ev yanıb

Hadisə Materials 22 Fevral 2020 00:29 (UTC +04:00)
Ağsu rayonunda yanğın qeydə alınıb
Ağsuda 4 otaqlı ev yanıb

Bakı. Trend:

Ağsu rayonunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Qaravəlli kəndində ümumi sahəsi 280 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və içərisindəki əşyalar 238 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti