Bakı. Trend:
Gədəbəy rayonunun Arıqdam kəndində ümumi sahəsi 390 kvadratmetr olan ikimərtəbəli evdə yanğın baş verib
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində evin ikinci mərtəbəsi və dam örtüyü 195 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.