...

Bakıda külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

Hadisə Materials 24 Fevral 2020 13:49 (UTC +04:00)
Bakıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.
Bakıda külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

Bakı. Trend:

Bakıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər.

Əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini R.Cəbiyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 435 qram marixuana aşkar edilərək götürülüb.

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Xəzər rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Qurbanov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 320 qrama yaxın heroin aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə onun evindən 334 qramdan artıq heroin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti