Bakı. Samir Əli - Trend:
Şabran sakini dəm qazından boğulub.
Trend-in məlumatına görə, hadisə rayonun Ağbaş kəndində qeydə alınıb.
Kənd sakini, 1974-cü il təvəllüdlü Quliyev Müşviq Xanverdi oğlu əmisi oğlu Daşdəmir Quliyevə məxsus evin həyətindəki hamamda dəm qazından boğularaq ölüb.
Faktla bağlı Şabran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.