...

Bakıda restoranda yanğın olub

Hadisə Materials 30 Mart 2020 00:10 (UTC +04:00)
Bakıda restoranda yanğın baş verib
Bakıda restoranda yanğın olub

Bakı. Trend:

Bakıda restoranda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 200 m² olan birmərtəbəli restoranın bacasında yağ qalıqları və dam örtüyündə quraşdırılan havatəmizləyici qurğu yanıb. Yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 4 m² sahədə əriyib. Restoranın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti