...

Bakıda çoxmərtəbəli binada yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 5 Aprel 2020 11:31 (UTC +04:00)
Bakıda çoxmərtəbəli binada yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi 17 ünvanında çoxmərtəbəli yaşayış binasında baş verən yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.

Bildirilir ki, əlavə məlumat veriləcək.

XXX

10:42

Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata əsasən, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti