Bakı. Trend:
Quldurluqda şübhəli bilinən Kəlbəcər rayon sakini tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il yanvar ayının 6-da Lənbəran kəndi ərazisində Xocalı şəhər sakini K.Əhmədova bıçaqla daxilə nüfuz edən xəsarət yetirib “VAZ-2106” markalı avtomobilini quldurluq yolu ilə almaqda şübhəli bilinən Kəlbəcər rayon sakini R.Mirzəyev saxlanılıb.
Faktla əlaqədar cinayət işi başlanıb.