...

Bakıda 63 yaşlı qadını maşın vurub öldürdü

Hadisə Materials 18 Aprel 2020 09:38 (UTC +04:00)
Abşeron rayonunda ölümlə nəticələnən yol qəzasıı baş verib.
Bakıda 63 yaşlı qadını maşın vurub öldürdü

Bakı. Samir Əli - Trend:

Abşeron rayonunda ölümlə nəticələnən yol qəza hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Mehdiabad-Pirşağı yolunda qeydə alınıb.

Belə ki, Abşeron sakini Ağarəhim İbrahimov idarə etdiyi "VAZ 2107" markalı avtomobillə yolu keçən piyada 1957-ci il təvəllüdlü Mirvari Məmmədovanı vurub.

Piyada aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti