...

Bakıda motosikletlə "Mercedes" toqquşdu

Hadisə Materials 25 Aprel 2020 11:28 (UTC +04:00)
Bakıda motosikletlə "Mercedes" toqquşdu

Bakı. Samir Əli - Trend:

Bakıda yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Emin Həsənov idarə etdiyi motosiklet ilə hərəkətdə olarkən "Mercedes" markalı avtomobillə toqquşub. Hadisə zamanı E.Həsənov xəsarət alaraq 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla Nizami rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti