...

Bülbülə sakinindən narkotik vasitələr və silah-sursat aşkar edilib

Hadisə Materials 30 Aprel 2020 14:16 (UTC +04:00)
Bülbülə sakinindən narkotik vasitələr və silah-sursat aşkar edilib

Bakı. Samir Əli - Trend:

Bülbülə qəsəbə sakinindən narkotik vasitələr və silah-sursat aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində qəsəbə sakini A.Süleymanov Suraxanı rayonu ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 13 qrama yaxın heroin, yaşadığı evə baxış zamanı isə əlavə 2 kiloqramdan artıq heroin, 1 ədəd “Dragon” markalı vinçester tipli tüfəng və 11 ədəd patron aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti