...

Bakıda polis narkotacirlərə qarşı əməliyyat keçirdi

Hadisə Materials 14 May 2020 09:15 (UTC +04:00)
Bakıda polis narkotacirlərə qarşı əməliyyat keçirdi

Bakı. Samir Əli - Trend:

Bakıda narkotik alveri ilə məşğul olan şəxslər aşkar edilib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu ərazisində baş verib. Daxil olan məlumat əsasında Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan qəsəbə sakinləri 1996-cı il təvəllüdlü E.Hacıəliyev və əvvəllər məhkum olunmuş 1987-ci il təvəllüdlü R.Şammədov saxlanılıblar.

Üzərinə baxış zamanı E.Hacıəliyevdən 1,282 qram metamfetamin, 1,07 qram marixuana, R.Şammədovdan isə 1,892 qram metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı Qaradağ rayon Polis İdarəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti