...

Xaçmazda quyuya düşən heyvanı FHN xilas etdi

Hadisə Materials 19 May 2020 19:21 (UTC +04:00)
Xaçmazda quyuya düşən heyvanı FHN xilas etdi

Bakı. Trend:

Xaçmazda quyuya düşən heyvan xilas edilib.

Trend-in məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Xaçmaz rayonunun Qımılqışlaq kəndində təkdırnaqlı heyvanın dərinliyi 4 m olan quyuya düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Çağırış ünvanına cəlb olunan Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən heyvan quyudan çıxarılıb və sahibinə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti