Bakı. Trend:
Bakı şəhərinin Qaradağ rayonunda "QAZel" markalı yük avtomobili yol kənarındakı maneəyə çırpılıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, nəticədə avtomobilin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.