...

Bakıda çoxmərtəbəli binada yanğın olub

Hadisə Materials 6 Avqust 2020 02:35 (UTC +04:00)
Bakıda çoxmərtəbəli binada yanğın olub

Bakı. Trend:

Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 30 m2 olan mənzilin hamam otağında 1 ədəd su qızdırıcısı yanıb, yüksək temperaturdan plastikdən ibarət vanna əriyib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti