...

Şirvanda həyat yoldaşını amansızlıqla qətlə yetirən şəxsin işi məhkəməyə göndərildi

Hadisə Materials 3 Sentyabr 2020 17:25 (UTC +04:00)
Şirvanda həyat yoldaşını amansızlıqla qətlə yetirən şəxsin işi məhkəməyə göndərildi

Bakı. Samir Əli - Trend:

26 fevral 2020-ci il tarixdə Şirvan şəhər ərazisində şəhər sakini Pərvanə Nağıyevanın qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Şirvan şəhər prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılmışdır.

Şirvan şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, istintaqla zərəçəkmişin əri Sahib Nağıyevin ailə-məişət münasibətləri zəminində aralarında yaranmış mübahisə zamanı Pərvanə Nağıyevanı boğması və daha sonra bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə baxış keçirilmiş, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti