...

Tofiq Yaqublu ev dustaqlığına buraxıldı (YENİLƏNİB)

Hadisə Materials 18 Sentyabr 2020 16:21 (UTC +04:00)
Tofiq Yaqublu ev dustaqlığına buraxıldı (YENİLƏNİB)

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Trend-in məlumatına görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə şikayətə baxılıb və Tofiq Yaqublu ev dustaqlığına buraxılıb.

Vəkil Aqil Layic bildirib ki, məhkəmə Tofiq Yaqublu barəsində olan həbs qəti imkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsi barədə qərar qəbul edib. Məhkəmə sənədlərinin tədqiqi və digər məsələlərlə bağlı proses sentyabrın 28- də keçiriləcək.

XXX

16:01

Tofiq Yaqublunun məhkəməsi başlayıb

Bakı Apellyasiya Məhkəməsində Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun məhkəmə prosesi başlayıb.

Trend-in məlumatına görə, bu gün onun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılır. Prosesə hakim Elmar Rəhimov sədrlik edir.

Qeyd edək ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarmışdı.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. O, ittihamları qəbul etmədiyini bildirir.

Tofiq Yaqublu səhhəti ilə əlaqədar sentyabrın 12-də istintaq təcridxanasından "City Hospital"a köçürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti