...

Bakıda heroin satan qadın yaxalandı

Hadisə Materials 18 Noyabr 2020 12:53 (UTC +04:00)
Bakıda heroin satan qadın yaxalandı

Bakı. Samir Əli - Trend:

Bakıda narkotik alveri ilə məşğul olan qadın saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən P.İsayeva Yasamal rayonu ərazisində saxlanılıb.

Axtarış zamanı ondan 8,5 qramdan artıq heroin aşkar edilib. Davam edilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı isə əlavə olaraq 635 qramdan artıq heroin, 23 qrama yaxın metamfetamin və 1 ədəd elektron tərəzi götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti