...

Siyəzəndə köşk yanıb

Hadisə Materials 22 Dekabr 2020 08:58 (UTC +04:00)
Siyəzəndə köşk yanıb

Bakı. Trend:

Siyəzən rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Məşrif kəndində ümumi sahəsi 30 m² olan dəmir konstruksiyadan ibarət köşkün (ofis və yeməkxana kimi fəaliyyət göstərir) içərisinə yığılan əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti