...

Qubada “tramadol” satanlar saxlanılıb (FOTO)

Hadisə Materials 3 Fevral 2021 10:58 (UTC +04:00)
Qubada “tramadol” satanlar saxlanılıb (FOTO)

Bakı. Samir Əli - Trend:

Qubada “tramadol” satan şəxslər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba rayonundakı regional qrupundan Trend-ə verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində dövriyyəsi qanunla qadağan edilmiş güclü təsir edici maddə olan “Tramadol” həblərinin qanunsuz olaraq satışında şübhəli bilinən rayonun Qırmızı qəsəbə sakini Arsen Abramov saxlanılaraq RPŞ-nə gətirilib. Dindirilmə zamanı A.Abramov həmin güclü təsir edici maddələri Şikar adlı şəxsdən əldə etdiyini bildirib.

Şöbə əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri ilə Şikar Məmmədov da saxlanılaraq istintaqa təqdim olunub. Həmin şəxs izahatında A.Abramovla tanışlığı olduğunu və həbləri ona satdığını etiraf edib.

Həmin şəxslərdən “Tramadol” həbləri aşkarlanıb.

Hər iki şəxs barəsində Quba RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti