...

4 il əvvəl itkin düşən şəxs axtarılır (FOTO)

Hadisə Materials 5 Fevral 2021 10:28 (UTC +04:00)
4 il əvvəl itkin düşən şəxs axtarılır (FOTO)

Bakı. Trend:

4 il əvvəl itkin düşən Xaçmaz sakini axtarılır.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Xaçmaz rayonunun Mürşüdoba kənd sakini, 46 yaşlı Zaur Həmidov 2017-ci ildə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Zaur Həmidovun əlamətləri belədir: Boyu 172 sm., orta bədən quruluşlu, uzun sifətli, gözlərinin rəngi qaradır.

Zaur Həmidov ruhi əsəb xəstəliyindən əziyyət çəkir.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinə 023-325-53-56 şəhər və 051-843-02-02 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti