Bakı. Samir Əli - Trend:
"Sədərək" Ticrət Mərkəzində ölüm hadisəsi baş verib.
Mərkəzdən Trend-ə verilən məlumata görə, hadisə bazar ərazisində aparılan tikinti işləri zamanı olub. Mağazalardan birində baş verən hadisə nəticəsində orada fəhlə işləyən Bakı şəhər sakini Qayim Burcəliyev hündürlükdən yıxılaraq ağır kəllə beyin travması alıb.
Yaralı hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Qaradağ rayon Prokurorluğunda araşdırma aparılır.